28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kadırovun qoşunları yenidən rüsvay olub - Video

08.06.2022

Kadırovçular cəbhə bölgəsindən səhnələşdirilmiş videoçarx yaratmaq istedadlarını bir daha nümayiş etdiriblər.

"DM" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video məlumat yayılıb.

Kadrlarda bir neçə "kadırovçu” kolların arasında gəzərək döyüşü imitasiya edir. Lakin cavab atışları eşidilmir. Hətta bəzi hərbçilər güllə keçirməyən jilet və dəbilqə taxmayıblar.

Ətrafdakılar üçün "kadırovçu”lardan biri davamlı olaraq "Əhməd gücdür” deyə qışqırır, digərləri isə gözəgörünməz düşmənləri əhatə dairəsinə də baxmadan kolluqlarda "vururlar”.