28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəmizdə bu gün neçə nəfər koronaya yoluxub?

07.06.2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 57 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 508, bu günə qədər isə ümumilikdə 6 911 894 test icra olunub.