29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən hündür ağacı

22.09.2018

Sərv ağac növlərindən olan sekvoya planetimizin ən nəhəng bitkilərindən biridir. Onun gövdəsi və kökləri on metrlərlə dərinliyə gedir. Nəhəng ağacın budaqları uzun illər boyu səmaya doğru uzanır və dünyanın ən yüksəyə qalxan bitkisi hesab olunur.
Hazırda tarixi məlum ən qədim sekvoyanın 3,5 mindən çox yaşı var.
Bu ağacların orta hündürlüyü təxminən 60 metrə çatır. Lakin sekvoyaların 90 metr və daha hündürlərinə də rast gəlmək mümkündür. Hətta hündürlüyü 105 metrdən çox olan yarım minədək sekvoya ağacı da məlumdur.
San-Fransisko yaxınlıqda Redvud Milli parkında bitən Hiperion sekvoyası hazırda planetimizin ən hündür ağacıdır. Onun boyu 115,5 metrə çatır.
Sekvoyanın çox da hündür olmayan, lakin böyük diametrə malik bəzi növləri də var. Dünyanın ən həcmli sekvoya ağacı məhz bu növə aiddir. Bu, hündürlüyü 83,3 metrə çatan "General Şerman”dır. Onun əsasının diametri 11,1, çətirinin əhatəsi isə 31,3 metrdir. Ağacın həcmi 1487 kubmetr təşkil edir.