28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlıların təşkilatçılığı ilə UNİCEF Nikolayevə humanitar yardım çatdırıb

07.06.2022

Azərbaycanlıların təşkilatçılığı ilə UNİCEF Nikolayevə humanitar yardım çatdırıb

Ukrayna azərbaycanlıları növbəti genişhəcmli humanitar yardım aksiyasını həyata keçiriblər.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın Nikolayev vilayətinin etnik xalqlar şuranın sədri Anar Axundovun təşkilatçılığı ilə UNİCEF tərəfindən ayrılan növbəti 20 tonluq humanitar yardım vilayətin müxtəlif bölgələrində uşaq və doğum evlərinə, uşaq xəstəxanalarına, cəbhəyanı bölgələrdə yaşayan sakinlərə çatdırılıb.

Humanitar yardım paketində vilayətin hazırda Rusiya artilleriya atəşi nəticəsində su təchizatı sisteminin dağıdılması səbəbindən çatışmazlıqla əlaqədar içməli su, tibbi ləvazimatlar, uşaq geyimləri və digər ərzaq məhsullarını əhatə edir. UNİCEF-in bölgəyə yardımı A. Axundovun müraciəti əsasında baş tutub.