27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda bu qanunsuz parklanmanı kim yaradıb?

07.06.2022

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

"Az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalara aparılır”, -məlumatda qeyd edilib.