28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xomeyninin anım günü Milli Bankı yarıblar

07.06.2022

İyunun 4-də Xomeyninin ölümünün 33-cü ildönümü ilə eyni vaxtda Tehranda İranın ən böyük bankı olan Milli Bankda oğurluq hadisəsi baş verib. Oğrular bankda saxlanılan 250 əmanət kassasını özləri ilə aparıblar.

"DM" xəbər verir ki, İran dövlət televiziyası İran Milli Bankının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbəri təsdiqləyib.

Bildirilib ki, oğurlar heç bir iz qoymadan hadisə yerindən uzaqlaşıblar.

Məlumatda oğruların peşəkar olduqları, bankı yaxşı tanıdıqları və bu səbəbdən bütün elektron sistemi bloklaya bildikləri, müşahidə kameralarının mərkəzi yaddaş kartını özləri ilə apardıqları qeyd olunub.

Bankın ictimaiyyətlə əlaqələr şöbəsi oğurlanan pulların miqdarının böyük olduğunu bildirsə də, hələlik aparılan vəsaitin dəqiq məbləğinin hesablana bilmədiyini bildirib.