28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Həsənova məxsus şirkət ləğv edilir

07.06.2022

Beynəlxalq Mətbuat Mərkəzi MMC ləğv olunur.

"DM" Ölkə.az-a istinadən xəbər verir ki, şirkət bununla bağlı elan verib.

Elanda kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 9-cu Əhmədli küçəsi, ev 47A ünvanına (Poçt indeksi 1054) bildirməli olduğu qeyd olunub.

Beynəlxalq Mətbuat Mərkəzi MMC (BMM) 10.09.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Vəliyev Azər Kalam oğludur.

Qeyd edək ki, mətbuatda A.Vəliyevin Əli Həsənova məxsus biznes şəbəkələrini idarə etdiyi deyilir. BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada BMM-dən başqa "Kaspi” qəzeti, "Azərbaycan müəllimi”, "Kaspi Art” və s. kimi təşkilatlar fəaliyyət göstərib.