28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Baş Qərargahı: Lukaşenko orduda şəxsi heyətin sayını 80 min nəfərə qədər artıracaq

07.06.2022

Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən elan edilən cənub əməliyyat komandanlığının yaradılması Silahlı Qüvvələrdə şəxsi heyətin sayının 80 min nəfərə qədər artırılmasını nəzərdə tutur.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı hesabatında qeyd edib.

Bildirilir ki, hərbi hissələri anbarda qalan texnika və silahlarla təchiz etmək istəyirlər.

2021-ci ilin sonuna olan məlumata görə, Belarus ordusu 65 min nəfərdən ibarət olub ki, onların da 20%-dən çoxu mülki şəxslərdir.

Xatırladaq ki, 26 may 2022-ci ildə Lukaşenko ordu rəhbərlərinə Ukrayna ilə sərhədlərin yaxınlığında "dərhal” cənub əməliyyat komandanlığı yaratmağı əmr edib.

Mənbə: Liqa Novini