29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda hərbi parada silahlı hücum - ÖLƏNLƏRİN SAYI ARTIR + VİDEO

22.09.2018

İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən silahlı hücim zamanı 8 hərbçi ölüb, 20 nəfər isə yaralanıb.
Hadisə zamanı 2 terrorçunun məhv edildiyi, 2-sinin isə qaçdığı xəbər verilir. Həmin şəxslərin axtarışı davam edir.
XXX
İranın Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror hadisəsi baş verib.
Dövran Media İran KİV-nə istinadən xəbər verir ki, Müqəddəs Müdafiə Həftəsi üçün keçirilən parad zamanı iki terrorçu paradı izləyən insanlara qarşı silahla atəş açıb
Atəşin parad üçün qurulmuş səhnənin arxasından açıldığı bildirilir. Hadisə nəticəsində xəsarət alanların sayı haqda məlumat verilməyib.
Terrorçuların hərbi formada fəaliyyət göstərdikləri məlum olub
Bəzi məlumatlara görə isə atəş paradın keçirildiyi yerə yaxın parkdan aparılıb
Terrorçuların hüquq mühafizə orqanları tərəfindən yaralandığı bildirilib. Lakin onların ələ keçirilməsi barədə heç bir məlumat yoxdur
İlkin ehtimallara görə terroru İslamın təkfirçilər adlı radikal qolunun nümayəndələri törədib
Xatırladaq ki, təkfirçilər müsəlmanları imansızlıqda ittiham edən radikal bir istiqamətdir.
Qeyd edək ki, şənbə günü İran-İraq müharibəsində qələbə münasibəti ilə İranın müxtəlif yerlərində hərbi paradlar keçirilir.