Volodin İrəvanda Paşinyanla müzakirə aparıb 
    
                          
     
                         06.06.2022
 
    
                        Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin İrəvana səfəri başlayıb.
"DM" xəbər verir ki, Volodin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə tərəflər KTMT ölkələrinin qanunvericiliyinin yaxınlaşdırılması məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Volodin KTMT PA Şurasının iclasında iştirak etmək üçün gedən Rusiya nümayəndə heyətinə rəhbərlik edir.