29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qəbul imtahanının II mərhələsi: ödəniş bahalaşıb?

06.06.2022

Məlum olduğu kimi, qəbul imtahanları III qrup üzrə mayın 21-i, II qrup üzrə mayın 22-si, I qrup üzrə iyunun 4-5-i, IV qrup üzrə isə iyunun 5-i keçirilib.

"DM" xəbər verir ki, bu il də qəbul üçün abituriyentlərə ikinci şansın verilməsi nəzərdə tutulub.

Belə ki, III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək.

DİM-in yaydığı məlumata əsasən, cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verəcək və ikinci mərhələdə imtahanlar ödənişlidir. Ödənişin məbləği isə 40 manatdır.

İmtahan verən şəxslər "Şəxsi kabinet" hesablarında bank kartı vasitəsilə onlayn şəkildə ödəniş edə və ya istənilən terminal vasitəsilə Dövlət İmtahan Mərkəzinin hesabına qeyd olunan məbləği əlavə etməlidirlər.

Qeyd edək ki, imtahan ödənişinin artması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məsələ ilə bağlı DİM-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.