29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağalı sakinləri qayıdışa hazırlaşırlar - VİDEO

06.06.2022

Ağalı kənd sakinləri qayıdışa hazırlaşırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti onların yenidən qurulan kənd barədə təəssüratlarını, qayıdış duyğularını və gələcəklə bağlı düşüncələrini əks etdirən ilk videoçarxı təqdim edib.

Videoçarxın qəhrəmanları kəndin sakinləri Bahar Səmədova və onun oğlu Kənan Nəbiyevdir.

Qeyd edək ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur, respublikamızda ilk dəfə "ağıllı kənd” layihəsi burada icra olunur.

Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş keçmiş məcburi köçkünlər daimi məskunlaşacaqlar.

Layihənin birinci mərhələsi üzrə açılış mərasimi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 28 May – Azərbaycanın Müstəqillik Günündə keçirilib.