29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Hacıyev ABŞ-a gedib

06.06.2022

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarında səfərdədir.

"DM" xəbər verir ki, Hikmət Hacıyevin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə görüşü gözlənilir.

Sözügedən danışıqların ABŞ Dövlət Departamentində keçiriləcəyi və mətbuata qapalı olacağı barədə kütləvi informasiya vasitələri xəbər verir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda akkreditə olunmuş Avropa Birliyi (AB) nümayəndəliyinin üzvləri və AB səfirləri ilə görüşmüşdü.