29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Estoniya səfiri: “Rusiyanın Kiyevə zərbələri ABŞ-a siqnal idi”

06.06.2022

"Rusiyanın həftəsonu Kiyevə endirdiyi zərbələr ABŞ-a siqnal göndərmək məqsədi daşıyırdı, lakin hazırda Ukrayna paytaxtına növbəti hücum riski yoxdur”.

Bunu Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk deyib.

"Bir tərəfdən, şübhəsiz ki, Rusiya Qərbdən hərbi yardım axınının qarşısını almaq istəyir, digər tərəfdən isə bu, ABŞ-a siqnal kimi də qiymətləndirilə bilər. İki ildən artıq müddətdən sonra Kiyevə nəhayət ABŞ səfiri təyin olundu və iyunun 1-də Prezident Zelenskiyə etimadnaməsi təqdim edildi”, - deyə Kuusk bildirib.

Diplomatın sözlərinə görə, Kiyevin rus qoşunları tərəfindən ələ keçirilməsinə cəhd riski hazırda yoxdur.

O bildirib ki, müharibənin əvvəlində Kiyevdən təxliyə edilən xarici ölkə səfirlikləri Ukrayna paytaxtına qayıtmağa başlayıblar və hazırda 50-dən çox diplomatik nümayəndəlik açılıb.

Mənbə: Ukrainskaya pravda