04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda polis məhkəmə katibini döyüb

06.06.2022

Azərbaycanda toyda polis əməkdaşı məhkəmə katibini döyüb.

"DM" Report-a istinadən xəbər verir ki, hadisə iyunun 4-də Kürdəmir rayonundakı şadlıq saraylarının birində keçirilən toy mərasimində qeydə alınıb.

Belə ki, toyda qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Nəticədə V.Kərimov məhkəmə işçisini vuraraq ona xəsarətlər yetirib.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.