Rusiyada dollar daha da ucuzlaşıb  
    
                         .jpg) 
     
                         06.06.2022
 
    
                        Moskva birjasında ABŞ dollarının məzənnəsi bu gün daha da ucuzlaşıb.
"DM" xəbər verir ki, birjanın açılması ilə dollar daha 46 qəpik düşərək, 60,48 rubla qədər geriləyib, avro isə əksinə, 63,89 rubla qalxıb.
Ötən ayın son günündə dollar 61,5, avro isə 62,32 rubla idi.
Qeyd edək ki, Rusiyada dolların satışına məhdudiyyət qoyulub. Birjalarda isə dollar əsasən dövlət ehtiyacları üçün alınır.