04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Boris Consonla bağlı etimad səsverməsi keçiriləcək

06.06.2022

Britaniya Baş naziri Boris Conson barədə etimad səsverməsi keçiriləcək.

"DM" "Sky News"a istinadən xəbər verir ki, səsvermə bu gün yerli vaxtla 18:00 - 20:00 arasında keçiriləcək.

Aylarla davam edən qeyri-müəyyənlikdən sonra Mühafizəkarlar Partiyasının ən azı 54 millət vəkilinin etimad səsverməsi ilə bağlı müraciət etdiyi təsdiqlənib.

Baş nazir Consonun öz postunda qalması üçün 180 deputatın ən azı yarıdan çoxununun (91 deputat) dəstəyini alması vacibdir.

O, qalib gəlsə, partiya lideri və Baş nazir kimi postunda qalacaq. Əks halda yeni partiya liderini və baş naziri seçmək üçün səsvermə baş tutacaq və Boris Conson vəzifəsindən gedəcək.