04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Uşaqlara işgəncə verilən “Sevgi evi” bağlanıb

06.06.2022

Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi” Qadın və Uşaq sığınacağı müvəqqəti olaraq bağlanıb.

"DM" Modern.az-a istinadən xəbər verir ki, qalmaqalı olayla gündəmə gələn sığınacaqdakı uşaqlar ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

"Uşaqların hər biri valideynlərinə təhvil verilib, araşdırma gedir. Araşdırma bitdikdən sonra 1 həftə ərzində azyaşlıların sığınacağa qaytarılması nəzərdə tutulur”, - sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov deyib.

Onun sözlərinə görə, sığınacaqda uşaqların saçlarının kəsilərək, başlarına spirt tökülməsi iddiaları yanlışdır və deyilənlər öz təsdiqini tapmayıb.

Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.