04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Ukraynadan daşınma ilə bağlı qərar verəcək

06.06.2022

Türkiyə yaxın günlərdə Ukraynadan taxıl ixracı məsələsi ilə bağlı son qərarını verəcək. Amma razılaşmadan sonra belə əməliyyata başlamağa 5 həftə vaxt lazım gələcək.

"DM" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hazırda Ukrayna taxılının Qara və Azov dənizlərindəki limanlar vasitəsilə beynəlxalq bazara daşınması iqtisadi və fiziki baxımdan məqsədəuyğundur:

"Yükləri daşıyacaq gəmilərin yola salınması və qəbulunun koordinasiyası, həmçinin Türkiyə, Ukrayna, Rusiya və BMT arasında yaradılacaq mexanizmlə bağlı məsləhətləşmələr davam edir. Deyə bilərəm ki, hələlik ümimi atmosfer müsbətdir. Yaxın günlərdə məsələ ilə bağlı konkret qərarlar gözləyirik”.