05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həftəsonu avtomobil qəzalarında neçə nəfər ölüb?

06.06.2022

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-5-də respublikanın avtomobil yollarında altı yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə yeddi nəfər ölüb, iki nəfər isə xəsarət alıb.