05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada qatar qəzaya uğrayıb

03.06.2022

Almaniyanın Bavariya əyalətində regional sərnişin qatarının qəzaya uğraması nəticəsində 3 sərnişin ölüb, onlarla insan yaralanıb.

"DM" DW-yə istinadən xəbər verir ki, Münhenə doğru hərəkət edən qatarın relsdən çıxması nəticəsində qəza baş verib.

Yerli rəsmi bildirib ki, qəza nəticəsində azı 60 nəfər yaralanıb, onlardan 16 nəfərinin vəziyyəti ağırdır.

Polis bildirib ki, qəza zamanı qatar kifayət qədər dolu olub.

Yerli vaxtla təxminən 12:20-də Münhenə doğru hərəkət edən qatarın relsdən çıxmasına nəyin səbəb olduğu açıqlanmayıb.