30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna taxılı Belarus vasitəsilə beynəlxalq bazarlara tədarük oluna bilər

03.06.2022

BMT Baş katibi Antoniu Quterreş və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

"DM" BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Tərəflər gündəlikdə olan aktual məsələləri müzakirə edib, əsas diqqəti Ukraynadan taxıl ixracına yönəldiblər. Belarus Ukrayna taxılını Baltik limanlarına çatdırmağa hazırdır. Həmçinin, dəmir yolu nəqliyyatı ilə daşınmada hər cür köməklik göstərməyə, bunun üçün lazımi imkanları səfərbər etməyə hazırdır", - məlumatda qeyd olunub.

Prezidentin mətbuat xidmətindən bildirilib ki, Aleksandr Lukaşenko BMT-nin Baş katibini Belarus, Ukrayna və Baltikyanı ölkələrin nümayəndələrinin iştirakı ilə danışıqlar masası arxasında məsələni müzakirə etməyə dəvət edib.

Lukaşenko bildirib ki, ixrac üçün Almaniya, Polşa və Baltik limanları Belarus mallarına açılmalıdır.

Mətbuat xidmətindən o da bildirilib ki, BMT Baş katibi Quterreş aidiyyəti ölkələrin rəhbərliyi ilə danışıqlar aparmaq və Ukrayna taxılının Belarus vasitəsilə beynəlxalq bazarlara tədarükü şərtlərini müəyyən etmək üçün qısa zaman istəyib.