30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirilib

02.06.2022

Qəsdən adam öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun səhhətində problem yaranıb.

"DM"-nın əldə etdiyi xəbərə görə, sabiq birlik komandiri hazırda Pentensiar Xidmətin müalicə müəssisəsində müalicə olunur.

Ədliyyə Nazirliyinin tibb xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Əkbərov xroniki xəstəlikləri olduğu üçün müalicə müəssisəsində həkim nəzarətində saxlanılır: "Hazırda səhhəti stabildir, sağlamlıq durumunda həyati təhlükəli hallar izlənilmir".