29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akar: Ağ Evlə anlaşmağa yaxınıq

02.06.2022

Türkiyə F-16 döyüş təyyarələrinin alınması ilə bağlı ABŞ-la müsbət danışıqlar aparır.

"DM" xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

"Həm Türkiyəyə gələn ABŞ nümayəndə heyəti ilə görüşlər, həm də Türkiyə nümayəndə heyətinin ABŞ-da Konqres üzvləri ilə təmasları müsbət nəticələr verib və danışıqların davam etdirilməsi üçün müsbət zəmin yaranıb”, - o bildirib.

Akar həmçinin qeyd edib ki, NATO-nun güclü olması üçün üzvlərinin güclü olması vacibdir:

"İnanıram ki, ABŞ administrasiyası bu məsələni diqqətdən kənarda qoymayacaq”.

Qeyd edək ki, Türkiyə öz donanması üçün 40 Blok 70 Viper F-16 döyüş təyyarəsi və 80-ə qədər təkmilləşdirmə dəsti almaq üçün Birləşmiş Ştatlara müraciət edib.