29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Terrorçuları tələb etdik, cavab vermədilər

02.06.2022

Türkiyə Finlandiyadan 6 PKK və 6 FETÖ terrorçusunun ekstradisiyasını, İsveçdən isə 10-u FETÖ çü, 11-i PKK-çı olmaqla, 21 terrorçunun verilməsi tələbini qoyub.

Bu sözləri Türkiyə ədliyyə naziri Bəkir Bozdağ deyib.

"Biz bu iki ölkədən 33 terrorçunun ekstradisiyasını tələb etdik. Amma bu günə qədər Finlandiya və İsveçdən sorğumuza müsbət cavab verilməyib. Üstəlik, bilirsiniz ki, İsveçdə polisin gözü qarşısında müqəddəs kitabımız Qurani-Kərim təhqir edildiyi kimi, PKK-çılar, FETÖ-çülər, digər terror təşkilatları həmin polisin nəzarətində hər cür aksiyalar keçirirlər.

Təəssüf ki, hüquqi müstəvidə bizim nə Finlandiya, nə də İsveçlə bu günədək əməkdaşlığımız olub. Yəqin bu səbəbdən müraciətimizə müsbət cavab vermədilər”, - Bozdağ bildirib.