29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azovda vəba aşkar edilib

02.06.2022

Azov dənizində delfin və balıqlar vəba epidemiyasından kütləvi şəkildə qırılır.

"DM" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram səhifəsində paylaşım edib.

"Epidemiya artıq sadəcə təhlükə deyil, reallıqdır. Bu gün dəniz Mariupol sakinləri üçün azsaylı istirahət məkanlarından biridir. Amma təəssüf ki, hazırda ətraf mühit üçün təhlükə böyükdür", - P.Andryuşenko bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı insidentlər üzrə meneceri həkim Dorit Nitsananın sözlərinə görə, ruslar Mariupolun su təchizatını qismən bərpa etsə də, boruların tez-tez zədələnməsi kanalizasiya sularının içməli suya qarışmasına səbəb olur. Bu isə dənizdə vəba virusunun yaranması kimi mənfi fəsadlara gətirib çıxarır.