28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aysel Şükürova gecə klubu sahibini polisə verib

02.06.2022

Bloger Aysel Şükürova gecə klubunda baş verən partlayış səbəbindən məkan sahiblərindən şikayət edib.

"DM" xəbər verir ki, bloger bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib ki, partlayışda itirdiyi pullar və xəstəxana xərcləri qarşılanmayıb:

"Uzun müddətdir ki, "Medera” klinikasında müalicə alıram. Klub rəhbərliyi mənə dəymiş ziyanı geri qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi ödəyirlər. Təkcə mənim yox, digər zərərçəkənlərin də pulunu vermirlər. Mənə dedilər ki, 15 gün vaxt verin, amma artıq 1 ay keçib. Lazım olan yerlərə şikayət etmişəm. Ümid edirəm ki, layiq olan cəzalarını alacaqlar”.

Qeyd edək ki, Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Partlayış nəticəsində yaralananlardan biri də Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı, bloger Aysel Şükürova olmuşdu.