29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edəcək

02.06.2022

Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır.

"DM" xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.

Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.

Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.

Müdafiə sənayesi müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Məsqət/Oman, Dəkkə/Banqladeş, London/Böyük Britaniya səfirliklərinin nəzdində fəaliyyət göstərəcək.

Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib.