29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çexiya ukraynalı qaçqınların qəbulunu dayandırır

02.06.2022

Praqa şəhər hakimiyyəti iyunun 15-dən Ukraynadan olan qaçqınlar üçün qeydiyyat mərkəzini bağlayır.

"DM" xəbər verir ki, bu barədə paytaxt meri Zdenek Qrjib deyib.

Merin sözlərinə görə, qərarın səbəbi paytaxtda yaşayış imkanlarının tükənməsidir. Yəni əlverişli mənzil ehtiyatları, tibbi xidmət və sosial dəstək üçün vəsait məhdudlaşıb.

Qeyd edək ki, müharibə başlayandan ölkəyə 360 min ukraynalı qaçqın gəlib. Onların 90 mindən çoxu Praqa və onun ətraflarında məskunlaşıb.