29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Drozdenko: Nyu Yorku bombalamaq çağırışı

02.06.2022

Əgər Ukrayna uzaqmənzilli silahlar alarsa, o zaman onlar Krım da daxil olmaqla, Rusiya ərazisində olan şəhərləri mütləq vuracaqlar. Bəli, müharibə belə olur. İmkan olan kimi vurmalısan, yoxsa səni vuracaqlar. Savaşın qanunu budur.

Bu sözləri açıqlamasında Rusiyanın "Vətən Arsenal” portalının baş redaktoru Dmitri Drozdenko deyib.

"Hərbi əməliyyatlar şəraitində "qırmızı xətlər”in mövcudluğu daha çox siyasətçilər tərəfindən uydurulub. Üstəlik, ağır haubitsaların çatdırılmasını Moskvanın əvvəllər qərar qəbuletmə mərkəzlərinə zərbələrlə cavab verəcəyini vəd etdiyi "şərti qırmızı xətlər”in pozulması kimi qəbul edilə bilər.

Adı çəkilən silah tədarükü ilə bağlı jurnalistlər hədsiz həyəcanlı görünür. Hətta Rusiyanın Nyu Yorku dərhal bombalamaq üçün edilən çağırışları demirəm...” - deyə o bildirib.

Moskva ilə Kiyev arasında siyasi danışıqlara gəlincə, ekspert deyib ki, Ukrayna Prezidenti Rusiyanın nümayəndələri ilə danışıqlara yalnız onun üçün iki əsas personaj - ABŞ və Böyük Britaniya liderlərinin icazə verməsindən sonra başlayacaq.