29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əlimizdən gələni edirik - LAVROV

21.09.2018

ABŞ-ın yeni sanksiyaları dollar sisteminə qarşı etibarı öldürür.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
"Biz artıq nəyəsə təəccüblənmirik. Konkret olaraq "Suxoy” şirkətinin Komsomolsk na Amuredəki zavoduna qarşı sanksiyalar növbəti ədalətsiz rəqabətin göstəricisidir. Növbəti dəfə biz əmin oluruq ki, dollar sisteminə inam çox sürətlə aşağı düşür.
Rusiya beynəlxalq maliyyə sisteminə nəzarət edən ABŞ-dan asılı olmamaq üçün əlindən gələn hər şeyi edir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Rusiyanın daha 27 vətəndaşı və 6 şirkətinə qarşı sanksiya tətbiq edib. Sanksiyaların tətbiq edildiyi şirkətlər arasında Rusiya Müdafiə Nazirliyinin Komsomolsk na Amuredəki aviasiya zavodu da yer alıb. "RİA Novosti” agentliyi sanksiyaların bu zavodda istehsal edilən mülki təyyarələr üçün nəzərdə tutulan komplektlərin idxalına aid edilməyəcəyini bildirib.
"Suxoy” zavodu "Superjet 100” sərnişin və "Su” seriyalı hərbi təyyarələrin istehsalını həyata keçirir.