29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Formula 1"lə bağlı daha bir neçə küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır

02.06.2022

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1”lə bağlı sürücülərə müraciət edib.

İdarədən verilən xəbərə görə, "Formula 1” Azərbaycan Qran Prisinə hazırlıq işlərinin davam etməsi ilə bağlı İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanədək məhdudlaşdırılır.

Qeyd olunub ki, bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur: "Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün adekvat vətəndaşlarımızdan yollardakı real vəziyyəti qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik”.