29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şentop:“Azərbaycan-Türkiyə birgə universitetinin gələn tədris ilində fəaliyyətə başlamasını arzu edirəm”

02.06.2022

"Bilik gücdür, eyni zamanda, bilik cəsarət deməkdir”.

"DM" xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində TBMM sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, bu gün bizim ehtiyacımız olan ən böyük şey akademik çalışmalardır: "Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq. Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə ilk ziyarətlərini Türkiyəyə edirlər”.

Mustafa Şentop qeyd edib ki, bu konqresin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni işlərə start verəcəyini düşünür: "Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsində də bu yaxınlaşmaya zəmin yaradacaq maddələr var. Sözlərin artıq həyata keçirilməsi vacibdir. Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması, hətta gələn tədris ilində fəaliyyətə başlamasını çox arzu edirəm”.