29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşaya səfər edəcək

02.06.2022

ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşaya səfər edəcəklər.

"DM" xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.

Rektor qeyd edib ki, Beynəlxalq Sosial Elmlər Konqresinin iştirakçıları Şuşada erməni vandallığı, törədilən dağıntılarla tanış olacaqlar.

Hafiz Paşayev tədbir çərçivəsində yeni-yeni əlaqələrin qurulacağına, universitetlər arasında əlaqələrin güclənəcəyinə inandığını vurğulayıb.

O, 520-dən artıq qonağın tədbirdə iştirak etdiyini diqqətə çatdırıb: "7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Qarabağ mövzusuna həsr olunub. Azərbaycanın mühüm qələbəsi ilə 30 illik işğala son qoyub. 30 illik işğaldan sonra torpaqlarımızın azad olunması bizim tariximizə xüsusi dəyər qatıb”.

Qeyd edək ki, bu gün Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə ADA Universitetində 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz fəaliyyətinə başlayıb.

Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və digər şəxslər iştirak edir.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsindən sonra açıq elan olunub.