06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korotçenko: ABŞ-ın bu silahı yoldaca məhv edilməlidir

02.06.2022

Müasir silahların, yəni HIMARS və MLRS-in Ukraynaya verilməsi Rusiya ərazisində olan strateji obyektlər, eləcə də şəhərlər üçün böyük təhlükə olduğunu göstərir.

Bu fikirləri tanınmış rusiyalı hərbi ekpert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

"Ötən gün Ağ Ev sözçüsü ABŞ-ın Ukraynaya 700 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etdiyini açıqladı. Silahlar arasında müasir HIMARS raket sistemləri də var. Burada bizim üçün ciddi narahatlıq yaradan amil məhz uzaqmənzilli bu raket kompleksinin Ukraynaya çatdırılmasıdır. HIMARS yaxın və uzaq zonalarda zərbələr endirməyə qadir çox güclü silahdır. Bu silahların Ukraynaya çatma ehtimalının qarşısını almaq üçün Rusiya Ukraynanın cənubunda və qərbində mühüm nəqliyyat və logistika infrastrukturlarına zərbələri gücləndirməlidir. Əks təqdirdə bu raketlər ilə Rusiya şəhərləri vurulacaq”, - deyə Korotçenko bildirib.