02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Wolt Market”lə 30 dəqiqəyə alış-verişiniz qapınızda

02.06.2022

Texnologiya şirkəti olan "Wolt” tərəfindən çatdırılma üçün nəzərdə tutulan anbar tipli mağazanın "Wolt Market”in Bakıda ilk mağazasının açılışı barədə elan olunub. Müstəqil olaraq idarə edilən və "Wolt” üçün tərəfdaş kimi qəbul olunan "Wolt Market”, müştərilərə 2000-dən çox seçimdən ibarət məhsul çeşidi təqdim edir və sifarişin yerləşdirildiyi andan etibarən 30 dəqiqə müddətində sifarişləri qapıya çatdırmağı hədəfləyir.

"Biz Bakıda çatdırılma konsepti ilə fəaliyyət göstərən ilk "Wolt Market” mağazasının açılmasından məmnunuq. Məqsədimiz bu sahədə keyfiyyətli xidmət göstərərək, market alış-verişini istifadəçilər üçün daha rahat və əlçatan etməkdir. Fəaliyyət göstərdiyimiz digər ölkələrdən çoxsaylı müsbət istifadəçi rəyləri alırıq və bu, göstərdiyimiz xidmət keyfiyyətinin yüksəldilməsinə və bizi daha da istifadəçiyönümlü olmağa həvəsləndirir. Azərbaycanda olan fəaliyyətimizi genişləndirmək üçün səbirsizlənirik”, - "Wolt Market” üzrə baş menecer Sergi Marganiya bildirib.

"Wolt Market”, "Wolt” platformasında olan mağaza/restoran partnyorlarına bir əlavə olacaq və "Wolt” tətbiqi üzərində digər mağaza tərəfdaşları kimi əks olunacaq.

"Son dönəmlər çatdırılma xidmətləri insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib. Supermarketlər, apteklər, kosmetika mağazaları, gül butikləri və digər mağazalardan çatdırılma xidmətlərinə böyük tələb müşahidə olunur. Hal-hazırda, "Wolt” platformasında olan mağazalardan, bir saat ərzində qapıya çatdırılma xidməti aktiv şəkildə həyata keçirilməkdədir.

Xidmət keyfiyyətinin yüksəldilməsi üçün "Wolt” platformasında mağaza partnyorlarının geniş seçiminin olması bizim üçün mühüm əhəmiyyət kəsb edir və "Wolt Market” tərəfdaşlıq etdiyimiz yüksək keyfiyyətli partnyorlarımız siyahısına bir əlavədir. Biz bu konsepsiyanı Azərbaycanda tətbiq etməkdən çox məmnunuq”, - deyə bölgə üzrə baş menecer, Natalia Khizanishvili bildirib.
Natalia Khizanishvili qeyd edib ki, "Araz Supermarket”, "Neptun Supermarket”, "Bizim Market” supermarketlər şəbəkəsi və digər mağaza partnyorları ilə əməkdaşlıqlarını gücləndirmək və genişləndirmək niyyətindədir.

"Wolt Market” 2000-dən çox məhsul çeşidi ilə 09:00 - 03:00 vaxt intervallarında 30 dəqiqə və daha az müddətdə market sifarişlərini qapınıza çatdırır. Müştərilər "Wolt” tətbiqi və ya www.wolt.com veb səhifəsi vasitəsi ilə sifariş yerləşdirərkən çatdırılma və ya sifarişin götürülməsi variantları arasından seçim edə bilərlər. Sifarişlər, həmçinin, arzuolunan vaxt seçilərək əvvəlcədən yerləşdirilə bilər. Qeyd etmək istərdik ki, istifadəçilər üçün endirimli təkliflər və 40 AZN-dən yuxarı olan sifarişlərdə pulsuz çatdırılma mövcud olacaq.

Məlumat üçün bildirək ki, ilk "Wolt Market” 2020-ci ilin yazında Finlandiyanın paytaxtı olan Helsinki şəhərində açılıb. Hal-hazırda "Wolt Market” 15 ölkədə 50-dən çox mağaza ilə fəaliyyət göstərir. Marganiyanın sözlərinə görə, yaxın gələcəkdə "Wolt Market” mağazalarını Bakı və Azərbaycanın digər bölgələrində əlçatan etmək niyyətindədir.

"Biz həftəlik market alış-verişini daha çox insan üçün rahat və asan etmək üçün çalışırıq və hazırda müxtəlif alternativləri dəyərləndiririk. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan xalqına daha yaxşı xəbərlər çatdıra biləcəyik”, - deyə o bildirir.

"Wolt Market”, diqqətlə hazırlanmış geniş məhsul çeşidi və 30 dəqiqə ərzində qapıya çatdırılma ilə səhər saat 9-dan 3-ə kimi müştərilərin qulluğunda olan anbar tipli mağazadır.

"Wolt” restoranlardan, ərzaq mağazalarından və digər yerli mağazalardan çatdırılmanı təmin edən və asanlaşdıran texnologiya şirkətidir. Biz on minlərlə restoran və mağaza partnyorları ilə 23 ölkənin 250-dən çox şəhərində yüz minlərlə kuryer tərəfdaşları ilə fəaliyyət göstəririk. "Wolt” şirkəti 2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunub, hazırda 5000-dən çox insan kapitalı ilə fəaliyyət göstərir və şirkətin həmtəsisçisi və baş icraçı direktoru olan Miki Kuusi tərəfindən idarə olunur. 9 noyabr 2021-ci ildə "Wolt” və "Doordash” şirkətlərinin birləşməsi haqqında rəsmi olaraq elan olunub. Əməliyyatlar 31 may 2022-ci ildə başa çatıb.