02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ “Boz qartal”ını Ukraynaya göndərəcək

02.06.2022

Baydenin administrasiyası Ukraynaya "Hellfayr” raketlərini daşıya bilən dörd ədəd MQ-1C "Qrey İql” (Boz qartal) pilotsuz təyyarə verməyi planlaşdırır.

"DM" xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Röyters” məlumat yayıb.

"Ukrayna Rusiya ordusuna qarşı bir neçə növ PUA-dan ("AeroVironment RQ-20 Puma AE” və "Bayraqdar-TB2”) istifadə edib. Amma "Qrey İql” ən son texnoloji yeniliyi təmsil edir. O, tapşırıqdan asılı olaraq, 30 saat və daha çox havada qala, kəşfiyyat məqsədli məlumatlar toplaya bilir. "Qrey İql” Predator kimi tanınan dronun hərbi versiyasıdır, səkkiz güclü "Hellfire” raketini daşımağa qadirdir. Bu, əlverişlidir, çünki ilk dəfə Rusiyaya qarşı döyüş meydanına uzaq məsafədən çoxsaylı zərbələr endirməyə qadir təkmil, təkrar istifadə oluna bilən Amerika sistemi gətirilir”, - məlumatda deyilir.

Qeyd olunur ki, yaxın günlərdə Co Bayden administrasiyasının Ukraynaya "mümkün satış” barədə Konqresə məlumat, bundan sonra ictimaiyyətə açıqlama verəcəyi gözlənilir.