02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mustafa Şentop Azərbaycana gəlib

02.06.2022

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti "İNCSOS-Qarabağ” 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində iştirak etmək üçün iyunun 2-də Azərbaycana səfərə gəlib.

"DM" xəbər verir ki, Azərbaycanın və Türkiyənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fazil İbrahimli, Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.