01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan qaçmaq istəyən narazı molla Türkiyə sərhədində həbs edilib

01.06.2022

İranlı din xadimi Vəhid Hiroabadi Qərbi Azərbaycan sərhədində həbs edilib.

"Azad İran”ın məlumatına görə, bu barədə onun xanımı, yazıçı və şair Məryəm Cəfəri Azərmani iyunun 1-də öz sosial media hesabında yazıb.

"Ötən gecə həyat yoldaşım Vəhid Hiroabadi Bazərqan sərhəd-keçid məntəqəsindən çıxmaq istəyərkən saxlanılıb”, - deyə o bildirib.

Vəhid Hiroabadi 2020-ci ilin yayında "Xüsusi Ruhanilər Məhkəməsi” tərəfindən "yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq və hakimiyyətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunub.

Siyasi Məhbusların Hüquqlarını Müdafiə Kampaniyasının yazdığına görə, yaxın gələcəkdə Vəhid Hiroabadinin qeyd olunan ittiham və "ali rəhbəri təhqir etmək” ittihamı ilə mühakimə olunacağı gözlənilirdi.

Müxalif mollanın saxlanılması ilə bağlı İran rəsmiləri və sərhəd-keçid məntəqəsinin rəsmiləri heç bir açıqlama verməyiblər.