28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron: “Azərbaycanla Ermənistan arasında birbaşa təmasların qurulmasını dəstəkləyirəm”

31.05.2022

Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm.

Bu, Fransa Prezidenti Emmanuel Makronun Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir”, - Makron qeyd edib.