28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fələstin səfiri: “Kəlbəcərin ümidverici turizm gələcəyi var”

31.05.2022

Kəlbəcərin ümidverici turizm gələcəyi var.

"DM" xəbər verir ki, bunu Kəlbəcərdə səfərdə olan Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim jurnalistlərə açıqlamasında deyib.

"Kəlbəcər çox gözəl rayondur və valehedici mənzərələri var. Biz Kəlbəcərin azərbaycanlı sakinlərinin öz torpaqlarına geri qayıtmalarını, yenidən məskunlaşmalarını, öz kəndlərini və evlərini yenidən inşa etmələrini arzu edir və bunu üçün dua edirik. Əminəm ki, Kəlbəcərin bu cür təbii gözəlliyi ilə çox ümidverici turizm gələcəyi var. Bura çox yaxşı turizm istiqamətlərindən biri olacaq. Biz Azərbaycan xalqına, Kəlbəcər sakinlərinə hər şeyin ən gözəlini arzu edirik”, - diplomat qeyd edib.