28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya hücumun 3-cü mərhələsinə başlayır

31.05.2022

Rusiya ordusunun Donbasda "xüsusi əməliyyat”ının ikinci mərhələsi başa çatmaq üzrədir.

Bunu rusiyalı hərbi ekspert Yevgeni Linin deyib.

Onun fikrincə, Rusiya ordusu "xüsusi əməliyyat”ın həlledici - üçüncü mərhələsinin başlanmasına hazırlaşır:

"Rusiya ordusunun Ukraynadakı "xüsusi əməliyyat”ının birinci mərhələsi qüvvələrin yenidən qruplaşdırılması, Kiyev və Çerniqovdan çıxarılması ilə başa çatıb. İkinci mərhələdə İzyum istiqamətində genişmiqyaslı hücum və Donbasdakı Ukrayna qruplaşmasının mühasirəyə salınması planlaşdırılırdı”.

Ekspert qeyd edib ki, ukraynalı və qərbli analitiklər Kremlin ikinci mərhələnin hədəflərini müəyyən edərkən səhvə yol veriblər:

"Rusiya ordusu genişmiqyaslı hücuma keçməyib, sadəcə, Ukrayna qüvvələrini tükəndirib və döyüşə hazır birləşmələri məhv edib. "Xüsusi əməliyyat”ın ikinci mərhələsinin uğuru Mariupol qrupunun qalıqlarının kütləvi şəkildə təslim olması və onların əhəmiyyətli yaşayış məntəqələrinin - Popasnaya, Severodonetsk, Rubejnoye və başqalarının təslim edilməsi ilə sübuta yetirildi. Üçüncü, həlledici mərhələ isə bu günlərdə başlayır”.