28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əliyev Laura Loxmanı qəbul edib

31.05.2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanı qəbul edib.

"DM" xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində rolu vurğulandı. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, qlobal enerji layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi daimi dəstək yüksək qiymətləndirildi. Azərbaycanda elektrik enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən danışıldı.

Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəmi qeyd edildi və bu tədbirin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi bildirildi.