30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XİN rəhbərləri Azərbaycan qazının Bolqarıstana həcminin artırılmasını müzakirə edib

31.05.2022

"Mən azərbaycanlı həmkarımı əmin etdim ki, enerji resurslarının və təchizatı mənbələrinin diversifikasiyası Bolqarıstan hökumətinin prioritetləri sırasındadır”.

"DM" xəbər verir ki, bunu Bolqarıstan xarici işlər naziri Teodora Gençovska Ceyhun Bayramovla görüşdən sonra bildirib.

"Mən xatırlatdım ki, biz Yunanıstanla qaz bağlantısının tikintisinin tezliklə başa çatacağını gözləyirik ki, daha sonra Bolqarıstan üçün Azərbaycanla razılaşdırılmış təbii qazın həcmini tam reallaşdıra bilək”, - Gençovska əlavə edib.

Nazir qeyd edib ki, Bolqarıstan tərəfi Azərbaycandan işgüzar nümayəndə heyətinin ölkəyə səfərini təşkil etməyə hazırdır.

Bolqarıstanlı nazir iki ölkə arasında turist axının artırmaq üçün Sofiya-Bakı birbaşa uçuşlarının bərpa olunmasının vacibliyini vurğulayıb.