30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaxarova Aİ-nin Patriarx Kirilli sanksiya siyahısına daxil etmək planlarını şərh edib

31.05.2022

Borell dua etsin ki, Patriarx Kirill Avropa İttifaqını cavab sanksiya siyahısına daxil etməsin.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrelin altıncı paket çərçivəsində Patriarx Kirilli sanksiyalar siyahısına daxil etmək planları ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Borrel bəyan edib ki, Patriarx Kirill Avropa İttifaqının "qara siyahı”sına salınmalıdır. O, dua etsin ki, Patriarx Kirill Avropa İttifaqını cavab sanksiya siyahısına daxil etməsin”, - Zaxarova "Telegram” kanalında yazıb.

Qeyd edək ki, Borell Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Aİ-nin Rusiyaya qarşı altıncı sanksiyalar paketinin bir hissəsi kimi qəbul ediləcək yeni fərdi sanksiyalar siyahısına daxil edilə biləcəyini açıqlayıb.