30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin yeni əməliyyatı: hədəf məcburetmədir

31.05.2022

Həyata keçirilməsi gözlənilən növbəti Suriya hərəkatının bir çox hədəfi var. Ancaq fikrimcə, ən önəmli hədəf və məqsəd Suriyadakı dalana dirənməni aradan qaldırmaqdır. Yəni Türkiyə sözügedən hərəkatla "həllsizliyi” həll variantı kimi görən dövlətləri problemin aradan qaldırılması üçün hərəkətə keçməyə məcbur etmək istəyir.

Bu sözləri Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Suriyada keçirilməsi planlaşdırılan növbəti hərəkatdan danışan ekspertin sözlərinə görə, suriyalı qaçqınların geri qayıtması da əsas məqsədlərdən biridir.

"Burada əsas həll olunmalı məsələlərin başında əhalinin kütləvi şəkildə köçü durur. Köç məsələsinin isə mərkəzində Hələb şəhəridir. Hazırda Türkiyədə 3,5 milyon suriyalı var, bunun 1,5 milyonu Hələbdən gəlib. Hələb indi PKK və YPG-nin nəzarətindədir. Digər bir qismi isə rejim qüvvələrinin, İrandan gedən şiə milislərin əlindədir. Əlbəttə ki, gözlənilən hərəkat Hələbdə olmayacaq. Lakin bu hazırki qeyri-müəyyən vəziyyətdən yararlananları həllə məcbur edəcək. Hərəkatın önəmli hədəflərindən biri də ölkəmizdəki suriyalıların öz yurdlarına qayıtmalarıdır. Cənab Ərdoğanın 1 milyon qaçqının geri dönməsi üçün Suriyada yeni yaşayış məntəqələrinin salınması fikri YPG-ni, PKK-nı, Əsəd rejimini, İŞİD-i, hətta çox təəccüblü olsa da, İraqı da ayağa qaldırdı. Suriyanın əsl sahibi olan sadə vətəndaşların öz vətənlərinə geri qayıtmağını istəməyən çox fərqli güc mərkəzləri var. Suriyadakı hərəkata qarşı çıxanların kimliyi bu əməliyyatın həyati əhəmiyyətini bir daha önə çıxarır”.