30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

31.05.2022

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, Bakıda gecə 17-19° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 31-36° isti, dağlarda gecə 2-7° isti, gündüz 17-22° isti olacaq.