30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasını pozanlar cərimələnəcək

31.05.2022

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması qaydasının pozulmasına görə yeni cəzalar müəyyənləşir.

"DM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 161-1 maddədə əksini tapıb.

Layihəyə əsasən, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa mane olma, yaxud bunlara hər hansı formada mükafatlandırma 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlərlə cəzalandırılacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.