30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinlə razılaşma: Lavrov Türkiyəyə gedəcək

31.05.2022

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Lavrov buğda məsələsi də daxil olmaqla, Qara dənizdə təhlükəsizlik dəhlizinin açılmasını müzakirə etmək üçün iyunun 8-də Türkiyəyə gələcək”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə və Rusiya liderləri telefon danışığı zamanı Qara dənizdə təhlükəsizlik və taxılın daşınması da daxil olmaqla, bir sıra məsələlərdə razılıq əldə edib.