03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada 800 diversant saxlanılıb

31.05.2022

Müharibə başlayandan bəri Rusiyanın 88 təxribat və kəşfiyyat qrupu aşkar edilib. Ümumilikdə isə 800-ə yaxın diversant saxlanılıb.

"DM" xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

"Rus agentləri hələ də partizan müharibəsi aparır, məlumat toplayır. Onlar dayanmır. Biz bir sıra regionlar üzərində işləyirik. Rusiyayönlü hərəkatları və qrupları axtarırıq. Odessa vilayətində axtarışlar nəticəsində böyük silah arsenalları və hətta təxribat və kəşfiyyat fəaliyyətləri üçün təlimatlar aşkar edilib. Digər bölgələrdə də belə qrupların olub-olmadığını öyrənəcəyik”, - o bildirib.